Mojo.az Banner
21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət və incəsənət xadimlərinin qaldırdığı məsələlər öz həllini tapır

12.03.2019 22:45 1 849
Mədəniyyət və incəsənət xadimlərinin qaldırdığı məsələlər öz həllini tapır
Mədəniyyət və incəsənət xadimlərinin Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə görüşündə qaldırılan məsələlər həllini tapır.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, martın 1-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü zamanı teatr xadimləri bir sıra təkliflər səsləndirdilər. Bu gün isə həmin təkliflər öz həllini tapmaqdadır.

Teatr və konsert müəssisələri işçilərinin maaşlarının 50 faiz artırılması da bu qəbildən olan addımlardandır.

Xalq artisti Nurəddin Mehdixanlının fikrincə, bu artım bütün teatr xadimlərinin maddi rifahının yaxşılaşdırılması ilə yanaşı, bu sahədə canlanma yaradacaq.

Nurəddin Mehdixanlı deyir ki, Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusun verilməsi də həmin görüşdə səsləndirilən fikirlərdəndir. Qısa bir zamanda bu məsələnin öz həllini tapması teatr sahəsinə və yaradıcılığa verilən dəyərdir.

Nurəddin Mehdixanlı atılan addımların teatr xadimləri arasında əhval-ruhiyyəni yüksəltdiyini bildirir. Onun sölərinə görə, 2019-cu ildə teatr sahəsində yeni keyfiyyətli səhnə əsərlərinin yaranması kimi yadda qalacaq.

Xalq artistinin fikrincə, atılan son addımlar inkişafla yanaşı, bu sahəyə gənclərin də marağını artıracaq.скачать dle 11.3
Mojo.az Banner