Mojo.az Banner
23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |     21:54 Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artıracaq  |     21:46 Koreyadan Naxçıvana uzanan sevgi - VİDEO  |     21:38 Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır  |     21:33 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     21:26 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər  |     21:12 Qonşusu ilə sayğaca görə dalaşdı, 1100 manat cərimələndi  |     21:05 Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu  |     21:00 Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi  |    
Left Banner
Right Banner

Prezidentdən Bəşirqızının təklifinə cavab: “Teatr işçilərinin maaşı artırılacaq”

02.03.2019 15:21 3 201
Prezidentdən Bəşirqızının təklifinə cavab: “Teatr işçilərinin maaşı artırılacaq”
"Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq - Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz".

Bunu Prezident İlham Əliyev ötən gün mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın.

"Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram. Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək", - deyə Prezident çıxışında qeyd edib.скачать dle 11.3
Mojo.az Banner