Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

“Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” - Tahir İmanov

01.03.2019 23:02 3 001
“Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” - Tahir İmanov
"Bu gün çox şərəfli gün idi ki, o qədər incəsənət xadimlərinin içində bizi də seçib görüşə dəvət etdilər. Prezident bu görüşlə sanki "Planet Parni iz Baku" KVN teatrına ikinci nəfəs verdi. Ölkə başçısına buna görə təşəkkür edirəm”
Sfera.az xəbər verir ki, bunu Azvision.az -a "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdər artist Tahir İmanov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündən danışarkən deyib.

T.İmanov bildirib ki, görüş zamanı o, prezidentə xahiş və təkliflərini çatdırıb: "Cənab prezidentə layihələrimiz haqqında danışanda bildirdim ki, teatrımız bütün qadağalara baxmayaraq, fəaliyyətini davam etdirir və artıq Rusiya kanalları ilə sıx əməkdaşlıq qurmuşuq. Bu məqam ölkə başçısına çox maraqlı gəldi və nə qadağası olması barədə soruşdu. Mən də bildirdim ki, özəl kanallar bizə qadağa qoyub. Prezidenin cavabı bizi sevindirdi. Dedi ki, heç kim sizə dövlət səviyyəsində qadağa qoya bilməz və məsələ həllini tapmalıdır. Özəl kanallara tövsiyyə olunur ki, bu məsələyə baxsınlar. Teatrımızın fəaliyyətinə bundan yüksək qiymət ola bilməzdi. Ölkə başçısı bir daha qeyd etdi ki, bizim çıxışlarımıza baxır. Bu doğurdan da böyük qiymətdir”.

T. İmanov vurğulayıb ki, "Planet Parni iz Baku" KVN teatrı dövlətə və dövlətçiliyə xidmət edir.

"Bizə illər ərzində bəzi məmurlar deyirdilər ki, bu qadağalar elə-belə deyil, fəaliyyətinizi tənqidlərinizi dəyişməlisiniz. Biz sadəcə olaraq öz işimizlə məşğuluq. Necə ki, 90-cı illərdə satiramızla, yumoristik səhnələrimizlə həm ölkə rəhbərliyini, həm də adi tamaşaçıları güldürürdüksə, eləcə də indiki zamanda fəaliyyətimizi davam etdiririk. Biz formatımızı dəyişməmişik. Dəyişən bizim yumoristik satirik səhnələrdir. Çünki həyat dəyişdiyi kimi hadisələr də dəyişir. Bütün təzyiqlərə baxmayaraq, fəaliyyətimizi dayandırmadıq, əksinə satiramızı iti etdik, fəaliyyətimizi daha da zənginləşdirdik. KVN necə formatda işləyirdisə, elə də davam edirik. Bizim tearın siyasi mövqeyi ölkə başçının yanında olmaq və dövlətçiliyə, Heydər Əliyev kursuna qulluq etməkdir.

Həmişə məndən soruşanda ki, niyə belə seçim etmisiniz? Deyirəm ki, bu seçimi bizim babalarımız, valideynlərimiz edib. Babamız bəstəkar Süleyman Ələsgərov Ümummilli lider Heydər Əliyevlə necə sıx əməkdaşlıq qurmuşdusa, bu gün onun nəvələri bu işi davam etdirirlər. Prezident bizim sənətimizi bəyənir, dəstəkləyir. İnanıram ki, ən yaxın zamanda məsələ öz həllini tapacaq”.

Aktyorun sözlərinə görə, mərhum babasının adına küçə salınması ilə bağlı xahişini prezident müsbət qarşılayıb: "Babamın adına küçə verilməsi ilə bağlı xahiş etdim, məsələ dərhal öz həllini tapdı”

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Son xəbərlər