Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

''Azəriqaz''ın adından istifadə edərək vətəndaşı aldatdı

02.03.2019 22:50 2 050
''Azəriqaz''ın adından istifadə edərək vətəndaşı aldatdı
Bakıda özünü ''Azəriqaz''ın əməkdaşı kimi təqdim edərək sakinləri aldadan və onların pullarını alan şəxs və ya şəxslər peyda olub.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, onlar mənzillərin qapılarına yaxınlaşaraq özünü ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edir. Bundan sonra isə vətəndaşları aldadaraq onlardan pul alıb ərazidən uzaqlaşır.

Belə bir hadisə ilə paytaxt sakini Nəzakət Vəliyeva qarşılaşıb. O iddia edir ki, ötən gün günorta saatlarında bir nəfər onların mənzillərinə gələrək smart-kart tipli qaz sayğacında problemin olub-olmadığını yoxlamaq istədiyini və bunun üçün kartın ona verilməli olduğunu bildirib.

Bundan sonra isə həmin şəxs Nəzakət Vəliyevadan kartın dəyişdirilməsi üçün pul istəyib.

Daha sonra isə o, ''Azəriqaz'' İstahsalat Birliyinin 104 saylı qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Qurumdan isə ona bildiriblər ki, həmin şəxsin ümumiyyətlə ''Azəriqaz'' İstahsalat Birliyinə heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı ''Azəriqaz''ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, son günlər Bakıda bu cür hallara tez-tez rast gəlinir. Elə buna görə də qurum rəsmisi vətəndaşlara xəbərdarlıq edərək bildirdi ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində həyata keçirildiyindən "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər.

Ümumilikdə isə, bu cür hallarla qarşılaşan vətəndaşların yaşadıqları ərazi üzrə polis bölməsinə müraciət etmələri tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner