Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Saxta xidməti vəsiqə ilə vətəndaşları aldadan şəxs saxlanılıb

17.05.2021 20:50 1 131
Saxta xidməti vəsiqə ilə vətəndaşları aldadan şəxs saxlanılıb
Son günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub. O, saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.

Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək "Report"a deyib ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib: "O, daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən "iş başında" saxlanılıb və polisə təhvil verilib. O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub".

“Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur", - Birliyin əməkdaşı vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner