Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ - FOTO

09.04.2019 15:42 2 187
“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ - FOTO
“Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.

Birlikdən verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.

Eləcə də, inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırılır ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. 

Həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildirilir ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.






скачать dle 11.3
Mojo.az Banner