Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azəriqaz" vətəndaşlara müraciət etdi - Diqqətli olun!

02.04.2021 14:02 771
“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində bir nəfərin İstehsalat Birliyinin adından istifadə etməsi, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişməsi barədə yayılan məlumata münasibət bildirib.

Ruslan Əliyev "Facebook"dakı səhifəsində İstehsalat Birliyinin belə bir işçisinin olmadığını bildirib.

“Bizə təqdim olunan fotonu araşdırdıq. Belə bir işçimizin olmadığı üzə çıxdı.

Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki "Azəriqaz" İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.

Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”, - deyə Ruslan Əliyev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner