Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dələduz dövlət qurumunun adından istifadə edib vətəndaşlardan pul aldı

01.04.2021 13:41 960
Bakıda dələduz dövlət qurumunun adından istifadə edib vətəndaşlardan pul aldı
Bakıda dələduz xeyli sayda insanı aldadıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət ünvanlanıb. Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində yaşayan sakinlərdən birinin sözlərinə görə, özünü “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndəsi kimi təqdim edən şəxs onlardan sayğacın dəyişdirilməsi üçün pul alıb:

“Bizdə hazırda mexaniki qaz sayğacıdır. Özünün “Azəriqaz” İB-nin əməkdaşı kimi təqdim edən şəxs hazırkı sayğacları Smart-kart tipli sayğaclarla əvəz edəcəyini deyərək bizdən 100 AZN məbləğində pul alıb. Şəxsin foto və videogörüntüləri var. Biz bu barədə rəsmi olaraq Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə də müraciət etmişik”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərova sorğu ünvanladıq. O, Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, üç gün əvvəl quruma bu barədə bir neçə abonent tərəfindən şikayət daxil olub:

“Abonentlərdən daxil olan şikayət əsasında bizə verilən ad və soyada uyğun olaraq araşdırma aparıldı. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aparılan araşdırma nəticəsində bizim belə bir işçimizin olmadığı məlum oldu. Abonentləri diqqətli olmağa çağırırıq. Bu kimi dələduzluğa aldanan abonentlər olub. Biz onlara da rəsmi olaraq hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermələrini tövsiyə etmişik. Vətəndaşlar əməkdaşlarımızdan sənəd tələb edə bilərlər. Saxta sənəd həmin dəqiqə hiss olunur. Eyni zamanda sakinlər ərazi üzrə xidmət aparan qurum əməkdaşlarını da yaxşı tanıyırlar. Bu kimi hallarda diqqətli olmaqda hər zaman fayda var”.

C.Səfərov onu da qeyd edib ki, “Azəriqaz” İB-nin nümayəndələrinin abonentdən ödəniş almaq hüququ yoxdur:

“Heç vaxt bizim qurumun əməkdaşlarına pul vəsaiti verməyin. Əməkdaşlarımızın abonentlərə ödənişli xidmət göstərmək kimi səlahiyyəti yoxdur. “Azəriqaz” İB-i abonentlərlə müqavilə əsasında yalnız qazın alqı-satqısını həyata keçirir. Bu həm əhali, həm də qeyri-əhali qrupuna aiddir. Təkrar edirəm ki, bənzər hallarla rastlaşan abonentlər bu barədə polisə, hətta Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də qaynar xəttinə müraciət etsinlər”.скачать dle 11.3
Mojo.az Banner