1 gündə 2 Amerika təhsilli məmur təyinatı – ABŞ-da təhsil alan məmurlar kimdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Bakıda ərəblər insanların başına butulka atdılar - İDDİA (Video)  |     22:53 FHN-də Çevik Xilasetmə İdarəsinə yeni rəis təyin edilib  |     22:46 Bakıda avtobus sürməyə namizəd qadınlara təlimlər keçirilir - VİDEO  |     22:40 "Dünyanın ən ədalətli hakimi"nin nə qədər sərvəti var idi?  |     22:33 Bu şirkətin külli miqdarda vergi borcu var  |     22:27 Tramp Putinlə çəkdirdiyi şəkli Nikson-Xruşşov görüşü ilə müqayisə etdi  |     22:18 Qadın güləşçimiz dünya çempionatında gümüş medal qazandı  |     22:11 8 yaşlı futbolçu dünya brendi ilə müqavilə imzaladı  |     22:04 Svalbard buzlaqları kəskin şəkildə əriyib: Təhlükələri nədir?  |     21:59 Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir? - TAM SİYAHI  |     21:52 Uşaq bağçaya getmək istəmirsə nə emək lazımdır? - Psixoloqun məsləhətləri  |     21:47 Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib  |     21:39 Müdafiə Nazirliyində 6 milyon manatlıq mənimsəmə  |     21:33 Azərbaycanda internetdə yaranan problem: Hücumun arxasında Rusiya dayanır?  |     21:26 Buzovnada 1 nəfər dənizdə batdı  |     21:21 Qubada ayı evin həyətinə girdi - VİDEO  |     21:18 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb  |     21:14 Ermənistan müdafiə nazirinin müşaviri istefa verdi  |     21:08 Xaçmazda 21 yaşlı qız binadan düşdü  |     21:03 10 manata görə öldürülən Tunarın FOTOSU  |    

1 gündə 2 Amerika təhsilli məmur təyinatı – ABŞ-da təhsil alan məmurlar kimdir?

Prezident İlham Əliyev Anar Kərimovu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Fərid Şəfiyevi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri vəzifələrinə təyin edib.

Dövlət başçısının bu gün imzaladığı sərəncamla yüksək vəzifəyə təyin olunan kadrların hər ikisi ABŞ təhsillidir. A.Kərimov Harvard Universitetini, F.Şəfiyev isə Amerikan Universitetini bitirib.

Xatırladaq ki, son illər ABŞ təhsilli kadrların yüksək dövlət vəzifələrinə təyinatı artıb və bu sırada Prezident Adminstrasiyasının yüksək çinli rəsmiləri, nazirlər, xidmət və digər qurumların rəhbərləri də yer alır.

Median.Az-ın məlumatına görə, AZXEBER.COM ABŞ-da təhsil almış azərbaycanlı nazir və digər yüksək rütbəli məmurları araşdırıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov orta məktəbi bitirdikdən sonra Birləşmiş Ştatların İndiana ştatında yerləşən "Richmond High Scholl”-dan yolunu salıb. Cəmi bir il ABŞ-da yaşayıb və ardınca Bakı Dövlət Universitetini və Fransanın Sorbonna Universitetini bitirib.

Vergilər naziri Mikayıl Cabbarov ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. Bakalavr dərəcəsini Azərbaycanda qazanıb və Bakı Dövlət Universitetini bitirib.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Harvard Universitetinin JF Kennedy adına məktəbində beynəlxalq və milli təhlükəsizlik üzrə təhsil alıb. Eyni zamanda Paris Beynəlxalq İnstitunun Dövlət İdarəçiliyi üzrə aspirant olub.

Birinci vitse-prezidentin digər köməkçisi Emin Hüseynov da ABŞ məzunudur. O, ABŞ-da bir yox, iki ali məktəbi bitirib. Bunlardan biri məşhur Harvard Universiteti, digəri isə Florida Ştatı Universitetidir. Hər iki universitetdə iqtisadçı kimi təhsilini artırıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin məzunu olub. Xidmət rəisi bununla kifayətlənməyib və bir neçə Avropa ölkəsində də peşəkar bacarıqlarını artırıb.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistrı olub. Ondan öncə isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Harvard”ı idarəçilik ixtisası üzrə bitirib. Bununla yanaşı Fransada Strasburq Universitetində təhsil alıb. İlk diplomunu isə Bakı Dövlət Universitetində əldə edib.

Sonda xatırlatmaq üçün deyək ki, ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən bu günə qədər yüzlərlə azərbaycanlı tələbə ABŞ-ın müxtəlif universitetlərində təhsil alıb. 2018-ci ilin yekunlarına olan rəsmi statistika onların sayının 700-dən artıqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 120 19.02.19 21:50