Mojo.az Banner
21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |     20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |    
Left Banner
Right Banner

Honkonqda "ağıllı" həbsxanalar hazırlanır

18.02.2019 22:47 3 125
Honkonqda
Honkonq İslah Xidməti İdarəsi "ağıllı" həbsxanalar hazırlamaq niyyətini elan edib. Belə həbsxanalarda avtomatlaşdırılmış sistemlər məhbusların izlənməsi prosesinin bir hissəsini öz üzərinə götürəcək.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, yeni sistem cəzaların çəkilməsini daha effektiv, insanların həbsxanada olmasını daha təhlükəsiz etməyə imkan verəcək. Bundan başqa, nəzarətçilərin xidməti daha təhlükəsiz olacaq.

Cəzaçəkmə müəssisələrində əsas çətinlik məhbuslara nəzarət edilməsidir, onların sayı bəzən nəzarətçilərin sayını ötə bilər. Honkonq həbsxanalarında nəzarətçilər xidmətinin asanlaşdırılması üçün bir neçə "ağıllı" sistem quraşdırmaq planlaşdırılır.

Məsələn, Honkonq İslah Xidməti İdarəsi bütün məhbusları ditnes-trekerlə təchiz etməyi planlaşdırır, istənilən vaxtda məhbusların yerini və onların nəbzini izləmək mümkün olacaq. Kameralarda qeyri-adi davranış, dava-dalaş hallarını və məhbusların özlərinə zərər vurmaq cəhdlərini tanımaq qabiliyyətinə malik videomüşahidə sistemlərinin quraşdırılması nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner