Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliyada məhbuslar yaxınları ilə "Skype" vasitəsilə ünsiyyət qura biləcəklər

01.02.2019 23:03 2 139
İtaliyada məhbuslar yaxınları ilə
İtaliyada həbsxana həyatı yaşayanlar "Skype" vasitəsilə videozənglər edərək yaxınları ilə ünsiyyət qura biləcəklər.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkənin penitensiar müəssisələrinin yeni administrativ kodeksində əksini tapıb.

Müvafiq qərar ölkədəki müxtəlif həbsxanalarda aparılan bir sıra pilot layihələrindən sonra Ədliyyə Nazirliyi tərəfindən verilib. Kommunikasiya texnologiyaları və internetdən istifadə xarici aləmlə əlaqə saxlamağa imkan yaradır. Bu, əsasən də məhbusların digər regionlardakı həbsxanada saxlandığı zaman ailə üzvləri ilə görüşü çətinləşdiyindən daha çox əhəmiyyət daşıyır.

Bununla yanaşı, məhbusların hamısı bu imkandan istifadə edə bilməyəcək. Həbsxana administrasiyası belə ünsiyyət imkanlarını qiymətləndirən zaman təhlükəsizliyin təmin olunmasını və barmaqlıqların hər iki tərəfindəki insanların psixoloji vəziyyətini prioritet kimi götürəcək. Həmçinin "Skype" vasitəsilə əlaqə imkanları ağır cinayətlərə görə həbs olunan və xüsusi rejimli həbsxanalarda saxlanılan məhbuslara şamil edilməyəcək.

Son xəbərlər