Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda ağaclar kütləvi şəkildə kəsilib - FOTO/VİDEO

02.01.2019 13:50 2 295
Paytaxtda ağaclar kütləvi şəkildə kəsilib - FOTO/VİDEO
Paytaxtın Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağaclar kütləvi şəkildə kəsilib.

Əvvəl məcburi köçkünlərin yaşadığı ərazi bir müddət öncə tikinti şirkətləri tərəfindən alınaraq hasarlanıb.

Bu barədə daha əvvəl sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar ağacların kəsilməsinin qarşısını almağa çalışsalar da, buna müvəffəq ola bilməyiblər.

Nəsimi rayonu 54 saylı tam orta məktəbin yaxınlığında yerləşən sözügedən ərazidə “Yaşam Residence” tərəfindən ağaclar kəsilərək, bina inşaasına başlanılıb.

Ötən aydan mətbuatın diqqətində olan ərazidə ağacların məhv edilməsinə aidiyyatı qurumlardan rəsmi münasibət gəlməyib.

Xatırladaq ki, məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı verilən məlumata görə, əməkdaşlar dərhal araşdırmaya başlayıb:

“Məsələ ilə bağlı araşdırma aparırıq. Qısa zamanda araşdırmanın nəticələri ilə bağlı mediaya açıqlama veriləcək”.

Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.









Son xəbərlər