Mojo.az Banner
SON DƏQİQƏ
19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda ağaclar obyekt tikintisi üçün kəsilir? - VİDEO

25.01.2025 18:11 1 407
Sumqayıtda ağaclar obyekt tikintisi üçün kəsilir? - VİDEO
Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət parkındakı yaşıllığın məhv edilərək yerinə obyekt tikiləcəyi iddia edilir.

Median.Az
xəbər verir ki, Sumqayıt sakini bununla bağlı sosial mediada paylaşım edib.

O bildirib ki, el arasında "Göyərçin parkı" adlanan ərazidəki meşəliyin bir hissəsi obyekt tikintisi üçün məhv edilir:

"Eşitdiyimizə görə, burada restoran tikəcəklər. Ona görə də meşəliyin bir hissəsində ağaclar çıxarılır. Biz gözləyirdik ki, yaşıllığı artırarlar lakin, əksi baş verir".

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə ağaclar obyekt tikintisi üçün çıxarılmır:

"Nəsimi adına Mədəniyyət və İstirahət parkında quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir. Ərazidə hələ də rəyi olan qurumuş ağaclar var və onlar da götürüləcək. Artıq bir neçə gündür ərazidə yeni ağacların əkilməsinə başlanılıb", - deyə cavabda qeyd olunub.
скачать dle 11.3

Son xəbərlər