Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda onlarla ağac kəsilib? - FOTO

17.01.2020 15:22 2 031
Bakıda onlarla ağac kəsilib? - FOTO
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ağacların kəsildiyinə dair videogörüntülər yayılıb.

Bu barədə redaksiyamıza məlumat daxil olub.

Məlumatı verən şəxs iddia edir ki, Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsində yerləşən 277 saylı uşaq bağçasının həyətindəki ağaclar kəsilir.

Vətəndaşın sözlərinə görə, özlərini İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxslər sağlam ağacların budaqlarını, bəzilərini isə tamamilə doğrayıb, məhv edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovla əlaqə saxladıq.

O.Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə ağaclar kəsilməyib:

“277 nömrəli uşaq bağçasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir işləri aparılır. Əraziyə baxan əməkdaşlarla əlaqə saxladıq. Ərazidəki ağaclarda növlərinə və inkişafına uyğun şəkildə aqrotexniki budama işləri görülüb.

Budama işləri də Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aparılıb. Əməkdaşlarımız ağaclarda yüngül və dərin budama, cavanlaşdırma işləri aparıblar. Ərazidə təxminən 30-40 ağac var. Vətəndaşlar bəzən belə kəskin reaksiya verə bilir, lakin araşdıranda görürük ki, məsələ heç də onların təsvir etdiyi kimi deyil. Ərazidə qanun pozuntusu hesab ediləcək heç bir iş görülməyib”.


















скачать dle 11.3

Son xəbərlər