Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda Atatürk parkında ağaclar niyə kəsilir? - AÇIQLAMA + FOTO

22.12.2020 14:07 2 055
Bakıda Atatürk parkında ağaclar niyə kəsilir? - AÇIQLAMA + FOTO
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilib.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, parkda 100-dən artıq əksəriyyəti iri ölçülü olan ağaclar kəsilib.

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların yerinə yenisi əkilir:

“Sosial şəbəkələrdə Nərimanov rayonu, Atatürk parkında ağacların kəsilməsi barədə məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən alınan məlumatda bildirilir ki, ağaclar da canlılar kimi xəstələnir, qocalır, onların da ömür sürmə müddəti vardır.

Parkda keçən əsrdə əkilən qovaq ağaclarının da ömrü başa çatmaqdadır. Onların hündür, lakin kövrək gövdələrinin güclü küləklərə davam gətirməyərək, sınmaları insanlar və onların əmlakı üçün təhlükə mənbəyinə çevrilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə paytaxtdakı belə ağacların müəyyən edilərək çıxarılması və yerində yeni ağacların əkilməsi işləri aparılır”.

“Bu işlər Atatürk parkında da həyata keçirilir. Parkdakı ömrünü başa vurmuş, çürümüş ağacların çıxarılaraq, əvəzinə Bakı şəhərinin iqliminə uyğun, əvvəlki ağaclara oxşar yeni ağaclar əkilməsi həyata keçiriləcək”, - deyə qeyd edilib.












скачать dle 11.3

Son xəbərlər