Mojo.az Banner
22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |    
Left Banner
Right Banner

Bakıda restorana nadir heyvan ətini verən şəxslər cəzalandırıldı

28.12.2018 11:58 4 411
Bakıda restorana nadir heyvan ətini verən şəxslər cəzalandırıldı
Azərbaycanda bu il ərzində ov qaydalarını pozan 200-dən artıq yerli, 20 xarici vətəndaş saxlanılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə açıqlamasında bildirib.

Direktor qeyd edib ki, Bakıda restoranların birində müştərilərə nəsli kəsilmək üzrə olduğundan adı “Qırmızı kitab”a salınan oxatan kirpi əti verilib:

“Həmin şəxslər tapıldı və cəza tədbirləri həyata keçirildi. Həmin vətəndaşlar heyvanları restoranlara satmaq üçün ovlayırlar. Restoranlar da mənşəyi bilmədiyi heyvanın ətini istehlakçılara təqdim edir. Düzdür, restoranların qida təhlükəsizliyinə nəzarət etmək bizim səlahiyyətimizdə deyil. Gələcəkdə ola bilər ki, nazirlik bu obyektlərə xəbərdarlıq etsin. Onlar qaydalara əməl etməsələr, bağlanmaları üçün məhkəmə orqanları qarşısında iddia qaldıracağıq".//oxu.az
скачать dle 11.3
Mojo.az Banner