Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ov qaydalarını pozan əcnəbilərin sayı açıqlandı

07.09.2018 13:11 1 807
Ov qaydalarını pozan əcnəbilərin sayı açıqlandı
Azərbaycanda 16 xarici vətəndaş ov qaydalarını pozub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ovçuluğun təşkili və ov mövsümü ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xarici vətəndaşlar ov qaydalarına riayət etməlidirlər:

“Ötən il dörd, əvvəlki ildə isə 12 xarici vətəndaş ov qaydalarını pozublar. Hazırda quş ovu mövsümünə start verilib. Ov mövsümü may ayının sonunda artıq açıq elan olunub. Bizim qurum hər zaman heyvanların, quşların çoxalma dövrünü nəzərə alır. Lakin təcrübə göstərir ki, yerli və xarici ovçular daha çox quş ovunda maraqlıdır. Odur ki, avqustun 24-dən quş ovuna start verilib.

Oktyabr ayından isə bataqlıq quşlarının ovuna icazə veriləcək. Ovçular icazələrin artımını bizdən xahiş edirlər. Ancaq ov icazəsi ovçuların sayına və icarəyə görə müəyyən edilmir. Bu, təbiətdə balansı poza bilər”.

Hikmət Əlizadə bildirib ki, xarici vətəndaşlar müvafiq şirkətlərin köməyi ilə qurumun nümayəndəliklərinə yaxınlaşırlar və məsələ həll olunur:

“Onlar Azərbaycan qanunlarını bilmir. Həmin şirkətlər öhdəlik götürməlidir ki, vətəndaş gələcək və qanunlara uyğun ov bileti olmalıdır. O, nazirliyinə müraciət edir, rüsumu ödəyir və ov icazəsini əldə edir. Nazirliyin 10 ov təsərrüfatı var. Təbii ki, bu, bizi qane etmir”.скачать dle 11.3

Son xəbərlər