Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana 8 bizon gətirilib - FOTO

22.05.2019 22:10 1 924
Azərbaycana 8 bizon gətirilib - FOTO
"Artıq Azərbaycana 8 baş bizon gətirilib". Median.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O, qeyd edib ki, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir.

"21 may 2019-cu il tarixində, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərdən olan bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir baş tutdu. Sevindiricidir ki, tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarıldı", – deyə o əlavə edilib.


Onun sözlərinə görə, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir. Artıq ən mühüm addımlar atılıb və Azərbaycana 8 baş bizon gətirilib, may ayının sonunda onların sayı 20-yə çatacaq. Bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.//sputnik.azскачать dle 11.3
Mojo.az Banner