Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə 28 yaşlı kişi 200 iynə udub - FOTO

20.12.2018 16:18 3 708
Şəmkirdə 28 yaşlı kişi 200 iynə udub - FOTO
28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 28 yaşlı İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib.

O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:

“Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”.

P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:

“Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Onunla xəstəxananın psixoloq və psixiatrları söhbət aparıb. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyib. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyib ki,artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.

Xəstənin əməliyyat olunması olduqca risklidir. Həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirib, fikir mübadiləsi aparıblar. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.

Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.

Son xəbərlər