Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs 15 il cəza alıb

28.11.2018 17:29 4 801
Azyaşlı qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs 15 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Amil Paşayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək, onların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən Amil Paşayev bu il avqustun 27-də Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxsin iyun ayı ərzində metronun “Əhmədli” stansiyasının yaxınlığında, təsadüfən gördüyü qadınları izləyərək onların çantalarını açıq talama yolu ilə alaraq, hadisə yerindən qaçması müəyyənləşib. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən tutulan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə, onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyənləşib. Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev, binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində, onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner