Mojo.az Banner
19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Söyüşə görə 2 nəfəri öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

28.11.2018 12:20 7 330
Söyüşə görə 2 nəfəri öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Şirvan Apellyasiya Məhkəməsində Sabirabad şəhər sakini Firqət Əliyevin (1976-cı il təv.) CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il mayın 11-də əvvəllər məhkum olunmuş Firqət Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaq zərbələri ilə qətlə yetirib, sonra Saatlı rayonunun Sarıcalar kəndinə yollanaraq, orda münaqişə zəmnində həmyerlisi Kamran Yaqubovu öldürüb. Həmin gün o, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilərkən Firqət Əliyev bildirib ki, Teymur Sadıqov və Kamran Yaqubov onun ünvanına söyüşlər işlədiblər, buna görə o onları qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əliyev ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə F.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner