Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Buzovnada sevgilisini öldürən şəxsin cəzası qüvvəsində qalıb

01.05.2019 11:19 3 384
Buzovnada sevgilisini öldürən şəxsin cəzası qüvvəsində qalıb
Bakı Apellyasiya Məhkəməsində Ağsu rayon sakini Zəfər Mərdanovun (1991-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, DİN-nin rəsmi məlumatına görə, ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsində, yaşadığı evin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qəsəbə sakini Səkinə Hümbətova qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun paytaxt sakini Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerindən uzaqlaşmaları, daha sonran nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb, getmələri müəyyən edilib.

Xəzər RPİ-nin əməkdaşları tərəfindən Zəfər Mərdanov saxlanılıb. Yayılan məlumata görə, 1 uşağ anası olan Səkinə Hümbətova tutulan şəxsə ərə getməkdən imtina edib.
Bu səbəbə görə ağır cinayət törədilib.

Qeyd edəki Z.Şiriyeva da saxanılıb, ona CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən Z.Mərdanov apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər