Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Buzovnada qadını öldürən şəxsin məhkəməsi keçiriləcək

18.12.2018 18:23 4 863
Buzovnada qadını öldürən şəxsin məhkəməsi keçiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Zəfər Mərdanovun (1991-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, DİN-nin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsində, yaşadığı evin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qəsəbə sakini Səkinə Hümbətova qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun paytaxt sakini Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerindən uzaqlaşmaları, daha sonran nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb, getmələri müəyyən edilib.

Xəzər RPİ-nin əməkdaşları tərəfindən Zəfər Mərdanov saxlanılıb. Yayılan məlumata görə, 1 uşağ anası olan Səkinə Hümbətova tutulan şəxsə ərə getməkdən imtina edib. Bu səbəbə görə ağır cinayət törədilib.

Qeyd edəki Z.Şiriyeva da saxanılıb, ona CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Son xəbərlər