Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

"Qanuni oğru"nun qardaşlarına və qeyrilərinə hökm oxunub - FOTO

26.10.2018 11:18 11 771
Bakı Ağır Cinayətlər Məhkəməsində Rafət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun CM-nin 29,144 (adam oğurluğuna cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəəri şəxsi istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il iyulun 11-də Nəsimi RPİ-nə Rüfət adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılıb. Baxış zamanı onun üzərindən "Makarov" markalı tapanca, bir ədəd darağ və 7 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs bildirib ki, tapancanı bir neçə il əvvəl RF-da naməlum şəxsdən alıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.

Araşdırma zamanı məlum olub ki, Rüfət Əmirov adam oğurluğunda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin sorğusu əsasında İnterpol tərəfindən axtarışdadır.

Həmçinin müəyyən edilib ki, o "Rafət Əlibayramlinski" kimi tanınan kriminal avtoritet Rafət Əmirovun qardaşıdır. Sonuncu isə "Lotu Quli"nin adamı kimi tanınıb.

İstintaqın gedişatında cinayət məsuliyyətinə Rüfət Əmirovun qardaşı Kamil Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov və İsmayıl İbrahimov cəlb olunublar.

Məhkəmənin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar
.
R.Əmirova ittiham olunduğu CM-nin 29, 144-cü maddəsi ilə bəraət verilib.








Son xəbərlər