Külli miqdarda narkotiklə tutulan Nardaran sakini 9 il cəza alıb
Median.Az xəbər verir ki, bu il iyunun 4-də Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Seyfulla Bədəlov saxlanılıb. Onun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və 6 kq. 245 qram marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
