Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Adam oğurluğunda ittiham olunan "Qanuni oğru"nun qardaşlarına və qeyrilərinə cəzalar istənilib - FOTO

12.09.2018 18:52 13 185
Adam oğurluğunda ittiham olunan
Bakı Ağır Cinayətlər Məhkəməsində Rafət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun CM-nin 29,144 (adam oğurluğuna cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəəri şəxsi istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il iyulun 11-də Nəsimi RPİ-nə Rüfət adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılıb. Baxış zamanı onun üzərindən "Makarov" markalı tapanca, bir ədəd darağ və 7 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs bildirib ki, tapancanı bir neçə il əvvəl RF-da naməlum şəxsdən alıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.

Araşdırma zamanı məlum olub ki, Rüfət Əmirov adam oğurluğunda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin sorğusu əsasında İnterpol tərəfindən axtarışdadır.

Həmçinin müəyyən edilib ki, o "Rafət Əlibayramlinski" kimi tanınan kriminal avtoritet Rafət Əmirovun qardaşıdır. Sonuncu isə "Lotu Quli"nin adamı kimi tanınıb.

İstintaqın gedişatında cinayət məsuliyyətinə Rüfət Əmirovun qardaşı Kamil Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov və İsmayıl İbrahimov cəlb olunublar.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Kamil Əmirova 14 il, Rüfət Əmirov və Rüfət Kərimova 13 il, Elvin Hüseynova 12 il, İsmayıl İbrahimova 7 il cəza təyin edilməsini xahiş edib.

Proses davam edir.







Son xəbərlər