Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər  |     17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub  |     17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |    
Mojo.az Avto
Mojo.az Avto

10 ildir masaj salonunda fahişəlik edən Xəyalə: "Oğluma hər şərait qurmuşam"

31.07.2018 14:21 18 879
10 ildir masaj salonunda fahişəlik edən Xəyalə:
Xəyalə (ad şərtidir) artıq on ilə yaxındır ki, şəhərin mərkəzində fəaliyyət göstərən masaj salonlarından birində çalışır. Onunla tanışlığımız təsadüfi olsa da, illərin dostuymuşuq kimi dərdləşə bildik. Daha doğrusu, o danışdı, mən dinlədim.

Bu "masaj salonları”nda hansı xidmətlərin olduğu hamıya məlumdur. Təbii ki, bu salonların əksəriyyətində masajdan söhbət belə getmir. Elə bu səbəbdən həmsöhbətimə "masaj salonu” haqda yazmaq istədiyimi deyəndə, adının çəkilməsinə razılıq vermədi, ancaq danışdı. Və danışdıqları faciəli olsa da, bunları qürurla nəql edirdi.

Xəyalə pozitiv enerjisiylə məni təəccübləndirdi. Çünki az qala, bütün müştərilərinin insanlığından razılığını qeyd edirdi. 29 yaşı olmasına baxmayaraq, artıq on ilə yaxındır bu işlə məşğuldur. Danışdıqca hiss etdim ki, onun razı qaldığı insani məqam həyata sırf analıq prizmasından baxmasıyla əlaqədardır.

İlk sualım uşağın atası haqda oldu. Üzünə qaranlıq çökdü, gözləri nifrətdən alovlandı. Ancaq səbirli idi. Daha doğrusu, həyat onu təkcə fahişəliyə sürükləməmişdi, həm də övladına görə şərəfsiz ərinə qarşı belə səbirli olmağı öyrətmişdi.

Xəyalə övladının doğuluşundan dərhal sonra ərinin onu atdığını qeyd etdi. "Atası bircə dəfə də olsun öz övladıyla maraqlanmayıb”, - deyib başını yellədi.

Bu yola necə düşdüyünü soruşanda dedi ki, vallah, cəmiyyətə görə mən fahişəyəm, əxlaqsızam, ancaq mən deyirəm ki, əsl fahişə də, əxlaqsız da ərimdir:

"Bu saat mənim oğluma yaratdığım həyat şəraitini atalı uşaqlar yatsalar, yuxularında da görməzlər. Şahzadələr kimi böyüdürəm oğlumu, təhsilinə də, yaşayışına da özüm nəzarət edirəm. İndidən 8 yaşlı oğlumun artıq şəxsi evi var. Bu, hər kişinin işi deyil, ancaq mən təkbaşına bunlara nail olmuşam. Uşağın atasını fahişə adlandırmağım da elə buna görədir. İndi, az qala, hər gün mesaj yazır, yalvarır ki, barışaq. Zərrəcə heysiyyəti yoxdur ki, mən necə qazanmışam bu imkanları. Onunçün bunun fərqi yoxdur. Əvvəl yük hesab edib oğlunu da, məni də atıb getdi, indi utanmaz-utanmaz gəlib ayağıma düşüb.

Mən oğluma bir sünnət toyu etmişdim, desəm, bəlkə də inanmazsan. İyirmi qoyun, bir dənə də 150 kiloluq cöngə kəsdirdim. Altı yüz nəfərlik restoran ağzına kimi dolu idi. Hələ toy etdiyimi eşidib dəvətnaməsiz də olsa gələn qonaqlara yer tapmadım, restoranın həyətində əlavə masalar hazırladılar.

Mən fəxr etmirəm bununla, amma əgər bir övlad gətirmişəmsə dünyaya, gərək o, mənim çəkdiyim əziyyətləri çəkməsin. İndi mənim bütün həyatım övladımdır, onun üçün hər şey edərəm. Bəlkə də böyüyüb məndən utanacaq, çıxıb gedəcək uzaqlara. Amma bir azca da olsa ümidim var ki, onun üçün qatlaşdığım bu həyata, çəkdiyim əzablara anlayış göstərəcək.

Düşünə bilərsən ki, bəyəm iş yox idi işləməyə, bədənini satmaq yolunu tutdun?

Məsələn, yer də süpürə bilərdim, ofisiant da işləyə bilərdim. Alacağım maaşla təkbaşıma uşağa necə bir gələcək vəd edə bilərdim axı!

Hələ mənim nə arzularım var: oğlumun ali məktəbə daxil olmasını, toyunu görmək istəyirəm. Özü də qıraqdan qız almayacam. Bacım qızını indidən gözaltı etmişəm. Hələ oğlum bir az böyüsün, ən böyük arzularımdan biri də onu əsgərliyə yola salmaqdır.

Vallah, əsgərlik doğrudan da kişilik məktəbiymiş, mənim o şərəfsiz ərim heç əsgərlik də görməmişdi, hərdən düşünürəm ki, bəlkə də əsgərlik çəkmiş olsaydı, bir az kişiliyi olardı.

Amma bir qram da ləyaqəti yoxdur: hər gün mesaj yazıb, barışmaq istədiyini deyir...”

Xəyalə etiraf edir ki, seçim şansı olsaydı, bu həyatı seçməzdi. Ancaq o fahişə olmasına rəğmən, ölkənin gələcəyi üçün faydalı, vətənpərvər bir insan böyütməyi özünə borc bilir.

Amma mənə də maraqlıdır: görəsən, Xəyalə əri haqda dediyi sözlərdə haqlıdır, yoxsa özünə bəraət üçün bu təsəvvürdədir?

///goldnews.az

Son xəbərlər