Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

“Gedin başqa yerə, buranı çəkməyin” – Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTO

06.10.2018 14:47 18 495
“Gedin başqa yerə, buranı çəkməyin” – Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTO
Paytaxt küçələrində avtomobili işıqforda saxlayın kimi bir xanım yaxınlaşıb pəncərədən kiçik bir kağız parçası uzadır və bir çox hallarda onlar yetkinlik yaşına çatmayan qızlar olurlar.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, azyaşlıların svetoforda payladığı kağızlar masaj salonlarının reklamıdır.

Ballı, yağlı, köpüklü, hətta 4 əlli masaj. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil.

Reklam xarakterli paylaşımların edilməsinə yetkinlik yaşına çatmayan qızların cəlb edilməsi problemin digər tərəfidir.

Xətai prospekti və Fəzayıl Bayramov küçələrinin kəsişməsində lentə alınan kadrlarda bu kağızların paylanması açıq aydın görünür. Naməlum şəxslər avtomobillər işıqforda dayanan kimi fəaliyyətə keçir və masaj salonlarının reklam elanlarını sürücülərə təqdim edir.

Sürücü: "Görürəm ki, kağız verməyə gəlir, şüşəni qaldırıram".

Sürücü: "Aydın məsələdir ki, bu nədir. Düzgün bir şey deyil".

Reklam kağızları paylayan şəxs isə bildirir ki, xidmətlər ancaq masajdan ibarətdir.

Onun özünü şübhəli aparması bizi bukletin üzərində qeyd olunan telefon nömrəsinə zəng vurmağa həvəsləndirir. Xəttin digər tərəfindən ünvan tam və ətraflı şəkildə izah olunur:

Həmin ünvana yollandıq və obyekt barəsində məlumat vermək istəyərkən qarşımıza həmin salonun işçiləri çıxdı:

"Başa düşmədim, buranı çəkməyin. Gedin başqa yerə".

Maraqlıdır ki, obyektin üzərində onun masaj salonu və ya başqa bir obyekt olması barədə məlumat yoxdur. Hər gün bir neçə yerdə rastlaşdığımız bu mənzərə millət vəkillərini də narahat edir. Özü də daha dərin və qorxulu məqamlarla.

Fazil Mustafa - Millət Vəkili: "Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib?"

Əslində salonların müxtəlif şəxslər vasitəsi ilə özünü reklam etməsində qanuna zidd heç nə yoxdur. Amma fəaliyyət şübhəli olmasa. Yetikinlik yaşına çatmayan uşaqların, xüsusən də qızlıarın bu fəaliyyətə cəlb olunması isə ikiqat təhlükədir.

Son xəbərlər