Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Bakıda evlərin sökülməsində yeni trend - FOTO

24.07.2018 12:33 5 124
Bakıda evlərin sökülməsində yeni trend - FOTO
Bakıda yaşlı qadının sökülən evdən çıxmaqdan imtina etməsi ilə bağlı yazının oxu.az-da dərc olunmasından sonra redaksiyaya analoji problemlə daha bir ailə müraciət edib.

Median.Az xəbər verir ki, Bakının Xanlar küçəsindəki ikimərtəbəli evin sakini 1950-ci il təvəllüdlü Viktoriya Ağafonova və daha dörd ailə yaşadıqları evin söküntüsünə baxmayaraq, mənzillərini tərk etmək istəmirlər.




“Biz “Sabah rezident” tikinti şirkətinin özbaşınalığı ilə qarşılaşmışıq. Şirkət bu küçədəki bütün evləri qəzalı kimi təqdim edib. Ancaq heç bir komissiya olmayıb və aktlar tərtib olunmayıb. Daha sonra sakinləri təhdid etməyə başladılar.

Öz mənzillərini tərk etməkdən boyun qaçıranlar təhqir olunurlar, bütün kommunikasiya vasitələri kəsilir, mənzildə yaşayış olmasına baxmayaraq, dağıntı işləri aparılır”, - Böyük Vətən Müharibəsi qəhrəmanının qızı Georgiya Ağafonova deyib.

Mənzilini tərk etmək istəməyən sakinlərdən biri olan İrina Sadıxova müxbirimizlə söhbətdə bildirib ki, şirkət işçiləri onları təhdid edir.




“Polis və Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərə baxmayaraq, təhdidlər davam edir. Müqavilə yalnız binanı tikən şirkətlə bağlanılır, onun da nə zəmanəti, nə də sığortası var. Əgər şirkət müflis olsa, bu müqavilənin heç bir hüquqi əsası olmayacaq və biz küçədə qalacağıq. Bu, ədalətsizlikdir. Biz öz mənzillərimizdə yaşayacağıq və məhkəmə vasitəsilə ədalətli qərara nail olacağıq”, - Sadıxova bildirib.


Sakinlər bildirdilər ki, qədim və köhnə binaların sökülməsi layihəsi özlüyündə yaxşıdır:

“Şəhər dəyişir, müasir, rahat və gözəl olur, ancaq bu, o demək deyil ki, tikinti şirkətləri qanunsuz şəkildə sakinləri evlərindən çıxarmalı və onları ələ salmalıdır”.




Sakinlərlə söhbətdən sonra müxbirimiz söküntü işlərini həyata keçirən “Sabah Resident” şirkətinin ofisinə yollanıb.

“Sabah Resident” MTK-nın vəkili Şahmar Məmmədov sakinlərin ittihamlarına cavab olaraq, bildirib ki, bütün şikayətlər əsassızdır.

“Onlar gah polisə, gah da digər dövlət idarələrinə şikayət edirlər. Onların şikayəti əsassızdır. Bu işə məhkəmə baxacaq. Bundan başqa, birinci instansiya şirkətin iddiasını təmin edib. Sakinlər Apellyasiya Məhkəməsinə şikayət ediblər.

İndi Apellyasiya Komissiyasının qərarını gözləyirik. Onların əsas istəyi daha çox pul əldə etməkdir. Bununla onlar MTK-ya təzyiq göstərirlər. Bizim müqaviləmizə əsasən, sakinlərə kompensasiya ödənilmir. Onlara yeni mənzillər verilir”, - vəkil deyib.

Mənzillərdə sakinlərin yaşamasına baxmayaraq, söküntü işlərinin aparılması məsələsinə toxunan Məmmədov deyib:

“Onların mənzilləri sökülmür. İşlər binanın digər hissələrində aparılır”.//oxu.azскачать dle 11.3
Mojo.az Banner