Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Qızıl üçün qətl törədənə ağır cəza

05.07.2018 12:06 3 107
Qızıl üçün qətl törədənə ağır cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Maqsud Əliyevin (1974-cü il təv.) CM-nin 120.2.9 (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.3-cü ( quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən il avqustun 21-də, səhər saatlarında naməlum şəxs Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib.

O, əvvəlcə ev sahibəsinə özünü usta kimi təqdim edib. Bundan sonra isə evə daxil olaraq Hüseynovanı bıçaqla hədələyib, ondan pul və qızıl əşyalar tələb edib. Qadın qışqırıb, qonşuları çağırdığından məqsədinə nail olmaddan hadisə yerindən qaçıb.

İki gündən sonra, yəni ayın 23-də Maqsud Əliyev Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı quldurun digər cinayəti də üzə çıxıb.

Məlum olub ki, o, avqustun 21-də Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evə açıq pəncərədən daxil olaraq, taxta parçası ilə divanda yatmış ev sahibi Məmməd Sərxanovun başından zərbələr vuraraq, onu öldürüb.

Səs-küyə gələn mərhumun həyat yoldaşı Zeynəb Sərxanovadan əvvəl qiymətli əşyaların yerini soruşub, sonra isə həmin alətlə qadına da ağır dərəcəli bədən xəsarətləri yetirib, hadisə yerindən uzaqlaşıb. Yaralanan Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və əməllərindən peşman olduğunu bildirib.//oxu.az

Son xəbərlər