Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ögey xalasını qəddarlıqla öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib - FOTO

13.06.2019 16:44 5 894
Ögey xalasını qəddarlıqla öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib - FOTO
Ali Məhkəmədə Masallı rayon sakini Ramil Əbilovun (1994-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Median.Az
xəbər verir ki, 2016-cı il iyulun 22-də axşam saat 22:15-də Sumqayıt şəhərində, 42-ci məhəllə, ev 15 mənzil 1-də şəhər sakini Gülyaz Musayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunmaqla, ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Əbilov saxlanılıb.

İstintaqla müəyyn edilib ki, Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, ona çoxsaylı bıçaq zərbələri endirib. Sonra onun mənzilindən içərisində 800 manat pul olan pul qabını və bir ədəd kompüter oğurlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sumqayıt Apelyasiya Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib.

Bundan narazı qalan R.Əbilov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmənin qərarı ilə məhkumun kassasiya şikayəti təmin edilməyib.
















Son xəbərlər