Mojo.az Banner
18:08 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:58 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir  |     17:48 Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün start TARİXİ MƏLUM OLDU  |     17:40 Yasamal rayonunun bəzi ərazilərinin elektrik təchizatında fasilə yaranacaq  |     17:30 Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı (FOTO)  |     17:23 Gəncədə 11 yaşlı qızı maşın vurdu  |     17:05 Samaranın sabiq meri və həyat yoldaşının qətli: Nəvəsi cinayəti ETİRAF ETDİ - FOTO  |     16:30 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri dəyişə bilər - RƏSMİ  |     15:39 Şəhidin atası qəfil vəfat etdi  |     15:37 Bakı və Abşeronda yağış yağacaq - XƏBƏRDARLIQ  |     14:15 Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub  |     14:13 Bakı–Tbilisi qatarlarında restoran, multimedia və duş kabinələri olacaq  |     14:05 Bakıda tramvay xətləri bu tarixədək istifadəyə veriləcək  |     13:55 Bahalaşmanın qarşısını Çin məhsulları ala bilərmi?  |     13:48 Aldadıcı influencer reklamlarına görə kim məsuliyyət daşıyır?  |     13:11 Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR  |     12:48 Bakıda mağazada yarım milyonluq yeyinti: Menecer saxlanıldı  |     12:35 Bakıdan Naxçıvana uçuşlar yenidən TƏXİRƏ SALINDI  |     12:24 Qabiliyyət imtahanlarına qeydiyyat başlayır  |     12:21 Bakıda böyük söküntülər BAŞLAYIR  |    
Left Banner
Right Banner

Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllim yenidən hakim qarşısında

08.04.2024 12:35 1 626
Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllim yenidən hakim qarşısında
Ali Məhkəmədə ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin iclası aprelin 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu - 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov Rusiyada olub.скачать dle 11.3
Mojo.az Banner