Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu məmurlara silah gəzdirməyə icazə verildi

29.06.2018 18:14 13 999
Azərbaycanda bu məmurlara silah gəzdirməyə icazə verildi
Azərbaycanda icra məmurlarına yeni səlahiyyətlər verilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı “İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə (İcra məmurlarının hüquqları) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, “icra məmuru” sözləri “icra xidmətinin icra məmuru” sözləri ilə əvəz olunur:

Bundan əlavə, qanunun 8-ci maddəsindən “Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir” sözləri çıxarılır.

Aşağıdakı müddəalar əlavə edilir:

Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı, aşağıdakı hüquqları vardır:

1. Fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək və arayış almaq;

2. Üzərində probasiya nəzarəti həyata keçirilən, lakin oldğu yeri müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;

3. Polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;

4. Qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silahı tətbiq etmək.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Son xəbərlər