Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İri şəhərlərdə məhkəmə icraçılarının iş yükü daha artıqdır

04.09.2020 12:05 1 440
İri şəhərlərdə məhkəmə icraçılarının iş yükü daha artıqdır
Azərbaycanda 600-ə yaxın icra məmuru fəaliyyət göstərir.

Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

Onun sözlərinə görə, icra məmurlarının hamısı dövlət qulluqçusudur:

“Onların hamısı ali təhsilli, hüquqşünas zabitlərdir. İcra xidməti artıq 20 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində işə götürülən icra məmurlarının hər biri Ədliyyə orqanlarının müvafiq qanunları çərçivəsində fəaliyyət göstərirlər. Bu sahədə 30-a yaxın icra haqqında qanuna dəyişiklik olunub.

Onu da qeyd edim ki, cari ilin altı aylıq hesabatına görə, 600-ə yaxın icra məmurunun icraatında 700 mindən artıq iş olub. Bu istiqamətdə universal bölgü olmadığı üçün regionlarda hər icra məmurunun icraatında təxminən 400-500-ə qədər iş olur. Amma iri şəhərlərdə- Sumqayıtda, Gəncədə, Bakıda iş yükü daha artıq olur”.скачать dle 11.3
Mojo.az Banner