Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Aliment ödəməkdən yayınan valideynlərin DİQQƏTİNƏ

04.09.2020 15:42 1 974
Aliment ödəməkdən yayınan valideynlərin DİQQƏTİNƏ
Bu ilin altı ayı ərzində alimentlə bağlı məhkəmədə 88 mindən artıq iş olub.

Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

F.Əfəndiyevin sözlərinə görə, müraciət edilən işlərin böyük bir hissəsi öz həllini tapıb:

“Bu gün borclu şəxslərin alimenti könüllü şəkildə ödədiklərini deyə bilmirik. Təəssüf ki, alimentdən yayınan atalar var. Tövsiyə edirik ki, onlar öz atalıq borclarını yerinə yetirsinlər. Atalarla yanaşı aliment ödəyən analar da var. Lakin, alimentin ödənilməməsinə dair problemli məsələlər daha çox atalarla bağlıdır. Atalar övladları üçün ayrılan alimenti ödəməlidirlər. Bunu hansısa icra məmurunun ona xatırlatması ilə deyil, könüllü şəkildə etməlidirlər. Nəzərə almalıdırlar ki, əks halda onların barəsində inzibati tədbir görülə bilər. Aliment ödəməkdən yayınan valideynlərlə bağlı bir ayadək azadlıqdan məhrumetmə də bu cəza tədbirlərinə aiddir”.

F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:

“Alimentlərin böyük hissəsi məcburi, cəmi 1 faizi isə valideynlər tərəfindən könüllü şəkildə ödənilib. Bu istiqamətdə statistika çox təəssüf doğurur. İşlərin 10-15 faizində 3-5 aylıq gecikmələr müşahidə edilir. Ya şəxslər axtarışda olur, ya ölkədə olmur, ya da qərəzli şəkildə məsuliyyətdən yayınırlar. Gecikmələrin səbəbi müxtəlifdir və araşdırılır. Aliment ödəməkdən tamamilə yayınan valideynlər də var”.скачать dle 11.3
Mojo.az Banner