Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Balakən sakini dörd ildir ki, aliment ala bilmədiyini iddia edir - VİDEO

17.10.2023 13:37 921
Balakən sakini dörd ildir ki, aliment ala bilmədiyini iddia edir - VİDEO
Balakən rayonu, Qullar kənd sakini Gülmira Rüstəmova dörd ildir ki, aliment ala bilmədiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, o, 2017 ci ildə ailə həyatı quraraq Kortala kəndinə gəlin köçüb.

Gülmira Rüstəmova ailə həyatına cəmi bir il tab gətirə bilib. İddialarına görə, şiddət və imkansızlıqdan təngə gələrək boşanmaq yolunu seçib.

Gülmira Rüstəmova iddia edir ki, o, qarşı tərəfdən müxtəlif vaxtlarda 15, 20 bəzən də 30 manat məbləğində ödənişlər ala bilib. 2022 ci ildə yenidən ailə quran qadının övladının məktəb yaşına çatması ilə əlaqədar xərcləri daha da artıb. O, alimentin ödənməsi ilə bağlı müxtəlif qurumlara müraciət etdiyini deyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu il quruma borclu tərəf olan valideynlərin alimenti ödəməkdən yayınması ilə bağlı 294 müraciət daxil olub. Müraciətlərlə bağlı Ədliyyə Nazirliyinə məktublar göndərilir. Məhkəmə qərarlarının icra edilməməsi özü məsuliyyət yaratdığından alimenti ödəməyən vətəndaşlarla bağlı qanunvericilikdə müvafiq inzibati tədbirlər nəzərdə tutulub.

''Bu qaydaları pozan vətəndaşlar birbaşa olaraq məsuliyyətə cəlb olunacaq. Gələcəkdə bu kimi problemlərin qarşısının alınması məqsədilə Aliment Fondunun yaradılmasına baxıla bilər. Beynəlxalq təcrübəyə əsasən bəlli səbəblərdən aliment ödənə bilinmirsə, Fond məbləği qarşılayır və daha sonra Fondla borcu ödəyə bilməyən şəxs arasında məsələyə baxılır'', - deyə Komitədən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3
Mojo.az Banner