Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda polislərdən nümunəvi addım - FOTO

22.06.2018 16:56 2 383
Bakıda polislərdən nümunəvi addım - FOTO
Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib. Hadisə Nərimanov rayonu ərazisində baş verib.

Yaşlı qadın Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindən burnundan qan gəlib.

Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Əlahiddə Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər. 

Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.

Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığını mobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər.//baku.ws


скачать dle 11.3
Mojo.az Banner