Mojo.az — elanlar
Son Xəbərlər
18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil sahiblərinin DİQQƏTİNƏ – VİDEO

14.06.2018 14:12 2 570
Avtomobil sahiblərinin DİQQƏTİNƏ – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində maşınlardan edilən oğurluqların qarşısının alınması haqda sujet yayımlanıb.

Minik avtomobillərindən oğurluq halları sürücülərin ən çox üzləşdiyi problemlərdəndir. Belə cinayət əməlləri daha çox yay aylarında baş verir.

Teymur Baloğlanov (kriminalist): “Digər tərəfdən avtomobillərin özü də heç də etibarlı saxlanc yeri hesab olunmur. Söhbət puldan, qızıldan gedirsə, xüsusi yerlərdə saxlanılması tövsiyə olunur”.

Avtomobildən oğurluq hallarının statistikası göstərir ki, bəzi hallarda bunu edən şəxslər heç bir çətinliklə üzləşməyib. Avtomobilin qapı və ya pəncərəsinin açıq olması bu cür hallara zəmin yaradır. Buna görə də ekspertlər sürücülərin də diqqətli olmasını vacib sayırlar.

Elməddin Muradlı (ekspert): “Avtomobili bağlı yerdə saxlamaq lazımdı. Qapıların bağlı olmasından əmin olmaq lazımdır. Kameralı yerlərdə park etmək olar”.

Təhlükəsizlik tədbirləri avtoyuma yerlərində və təmir sexlərində saxlalanılan nəqliyyat vasitələrinə şamil olunmalıdır. Digər bir məqamsa peşəkar oğrularla bağlıdır. Hansı ki, onlar avtomobilin panik siqnalını da asanlıqla sıradan çıxara bilirlər.

Mütəxəssislər bəzi sürücülərin oğurluqla üzləşdikdə nə etməli olduğunu bilmədiyini deyir. Halbuki bu məqamda atılan ilk addımlar çox vacibdir.

Müəyyən təhlükəsizlik tədbirləri ilə bir çox hallarda avtomobili oğrulardan sığortalamaq mümkündür. Sürücülərin diqqətli olması həm onlara artıq ziyandan, həm də polisləri əlavə qayğıdan xilas edər.

Son xəbərlər