Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobillər niyə yanır? – ARAŞDIRMA – VİDEO

03.04.2018 18:46 2 315
Avtomobillər niyə yanır? – ARAŞDIRMA – VİDEO
Son günlər ölkə üzrə 5 minik avtomobili yanıb. Həmin avtomobillərin də hamısı hərəkət zamanı alışıb. Bakıda baş verən yanğında jiquli markalı maşın yandığı halda, bölgələrdəki analoji hadisə zamanı Avropa və Asiya istehsalı nəqliyyat vasitələri sıradan çıxıb.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində avtomobillərin niyə yanması məsələsi ilə bağlı maraqlı sujet yayımlanıb.

Ekpertlər buraxılış ili köhnə olan avtomobillərin bu riskə daha çox meyilli olduğunu deyir. Həmçinin avtomobillərə quraşdırılan əlavə cihazlar da yanğın riskini artırır.

Elməddin Muradlı (Ekpert): “Amperaja diqqət etmək lazımdır. Bəzən olur ki, avtomobillərə diot və xenon işıqlar quraşdırılır. Bunlarda yanğın riskini artırır”.

Məlumdur ki, yanğın birbaşa alovlanma ilə baş vermir. İlkin mərhələdə böyük ziyanın qarşısını almaq mümükündür.

Amma bəzi hallarda yanğın zamanı kənardan müdaxilə faktları az deyil. Emosiyalarını cilovlaya bilən və peşəkarlıq səviyyəsi yüksək olan digər sürücülər qarşılaşdığı belə hallarda daha soyuqqanlı olur.

Avtomobilin bütovlüklə əhatə edən naqillər digər ehtiyyat hissələri kimi vaxtında yoxlanmalı və dəyişdirilməlidir. Amma burada da bir nüans var. Peşəkar usta və texniki servis mərkəzləri.

Asiman Əsədov (Servis rəhbəri): “Yaxşı olar ki, tanıdıqları peşəkar ustalara müraciət etsinlər. Düzgün diaqnostika vacibdir. Amma servislərdə də həm peşəkar usta var, həm də bütün avadanlıqlar”.

Nəzərə almaq lazımdır ki, müassir nəqliyyat vasitlərində fövqəladə hallar zamanı mərkəzi qapanma sistemləri mövcuddur. Bu isə kiçik bir yanğın riski zamanı insan faciəsinə səbəb ola bilər. Bu kimi ağır və xoşagəlməz halları isə, heç kim yaşamaq istəməz.

Son xəbərlər