Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ

09.03.2019 22:05 2 317
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə "Wi-Fi" şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb.

Median.Az
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai yerlərdə "Wi-Fi" bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərdə və telefonlarda saxlanılan fərdi məlumatlar üçün riskli ola bilər. Buna görə də ictimai yerlərdə "Wi-Fi" şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bəzi məqamları diqqətdə saxlamaq gərəkdir. Məsələn, "Wi-Fi" şəbəkələri üzərindən bank hesablarına və həssas fərdi məlumatlara daxil olmaq, onlayn alış-veriş etmək tövsiyə olunmur.

Bir çox kompüter və mobil telefonlarda simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur ki, bu funksiya rahatlığı təmin etsə də, cihazların mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Kompüterdə və mobil telefonda bu avtomatik qoşulmanı söndürmək tövsiyə olunur. Bu, eləcə də "Bluetooth" qoşulmasına da aiddir. Belə ki, ictimai yerlərdə "Bluetooth" funksiyasının aktiv olması kibertəhlükəsizlik üçün böyük risklər yarada bilər. Bədniyyətli şəxslər açıq "Bluetooth" siqnallarından istifadə edərək, cihazınıza daxil ola və fərdi məlumatlarınızı oğurlaya bilər.

İctimai "Wi-Fi" şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai "Wi-Fi" şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrləyir.
скачать dle 11.3
Mojo.az Banner