Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

50-dən çox turistin olduğu avtobus qəzaya uğradı - YENİLƏNİB + FOTO

01.06.2018 14:26 3 642
50-dən çox turistin olduğu avtobus qəzaya uğradı - YENİLƏNİB + FOTO
Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Median.Az
-ın APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.























* * * * *

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb. 

Bunu  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, yaralılar müayinə üçün xəstəxanalara yerləşdirilir: 

“Hadisə yerinə dərhal Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb ediliblər. Zərərçəkmişlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına və Şirvan şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Səfayə Əhmədova qeyd edib ki, yaralıların həyatı üçün təhlükəsi yoxdur

* * * * *

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

* * * * * *

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.

Son xəbərlər