Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda əks yola çıxan “Hyundai” təcili tibbi yardım maşınını vurdu, yaralı var - YENİLƏNİB+FOTO

24.01.2020 22:41 1 930
Bakıda əks yola çıxan “Hyundai” təcili tibbi yardım maşınını vurdu, yaralı var - YENİLƏNİB+FOTO
Sabunçu rayonunda təcili tibbi yardım maşınının qəzaya düşməsinin təfərrüatı bəlli olub.

Median.Az
xəbər verir hadisə Zabrat-Balaxanı yolunda baş verib.

Kərimli Sanir İlham oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb.

Bu zaman nəqliyyat vasitəsi əks yoldan gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin avtomobilinə çırpılıb.

Qəza zamanı “Hyundai” markalı avtomobildə olan xanım sərnişin xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

***

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər