Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb direktoru ilə usta arasında qalmaqal: “Üstümə daş atdı…”

08.05.2018 16:57 2 496
Məktəb direktoru ilə usta arasında qalmaqal: “Üstümə daş atdı…”
“Məktəbdə xəsarət alıb xəstəxanaya yerləşdirildim, amma bir dəfə də olsun müdiriyyət mənimlə maraqlanmadı”.

Bu sözləri Sumqayıt şəhər 9 nömrəli məktəbdə usta kimi çalışan Hüseynov Rafiq Hüseyn oğlu bildirib. Onun sözlərinə görə, aprel ayının 24-də adıçəkilən təhsil müəssisəsində işləyərkən nərdivandan yıxılıb və ağır xəsarət alıb. O, iddia edir ki, yıxıldığı zaman məktəb direktoru ona təcili yardım çağırmaqdan belə imtina edib. Həmin tarixdən etibarən xəstəxanada yatan R.Hüseynov məktəb müdiriyyətinin onunla bir dəfə də olsun maraqlanmadığından şikayətlənib.

Sözügedən məktəbin direktoru Həqiqət Abdullayeva ilə əlaqə saxladıq. H.Abdullayeva bildirdi ki, R.Hüseynovun həmin məktəbin həyətində evi var və hadisənin hansı zəmində baş verdiyini görən olmayıb: “Biz həmin şəxslə məktəbin pəncərələrinə taxılması üçün “raşotka”ların (dəmir barmaqlıqlar) hazırlanmasına görə danışmışdıq. İşini vaxtında görmədiyi üçün ona bildirdim ki, görəcəyi iş bizə lazım deyil. Mənim xəbərim olmadan işin icrası üçün məktəbin müəllimlərindən pul alıb. Pulun qaytarılması üçün ona dəfələrlə müraciət etmişəm. Bildirib ki, pulu qaytaran deyil və istədiyi vaxt gəlib işi icra edəcək. Hadisə baş verdiyi gün heç nədən xəbərim olmayıb. Bir də eşitdim ki, deyirlər həmin şəxs yıxılıb. Getdim yanına və gördüm ki, yerdə, başının altına yastıq qoyularaq uzanıb. Maraqlanmaq istədim, amma üstümə daş atdı. Hadisənin hansı zəmində baş verdiyini bilmirəm, görən də olmayıb. İndi siz deyin, mənim üstümə daş atan adamla necə maraqlanım?!”

Hüquqşünas Ruslan Mustafayev bildirdi ki, işçi əgər iş prosesində xəsarət aldığını sübut edə bilərsə, işəgötürəndən qanunla icra edilməli olan proseslərin həyata keçirilməsini tələb edə bilər: “İşçi orada faktiki olaraq işlədiyini və iş zamanı xəsarət aldığını sübut edə bilərsə, işəgötürən qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən bütün prosesləri həyata keçirməlidir. Amma əmək müqaviləsi imzalanmayıbsa, bunu sübut etmək bir qədər çətin olacaq. Çünki bu hadisənin həqiqətən baş verdiyini sübut edəcək olanlar oradakı digər işçilərdir. Buna baxmayaraq Əmək Müfəttişliyinə şikayət edə bilər. Müfəttişlik araşdırma aparıb işçinin əmək müqailəsiz işlədiyini aşkarlasa, bunun nəticəsində işəgötürəni cərimələr gözləyə bilər. İşçi də müfəttişliyin ona verdiyi rəsmi sənədlərə əsaslanaraq öz hüququnu tələb edə bilər”.//xeberle.com

Son xəbərlər