Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtın "başsız" məktəbləri (SİYAHI)

25.03.2019 21:00 1 915
Sumqayıtın
Hazırda Sumqayıt şəhərindəki bir sıra ümumtəhsil məktəblərini direktoru yoxdur. Bu təhsil müəssisələrinə rəhbərlik edən şəxslər müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıblar.

Median.Az
xəbər verir ki, ONA-nın yerli bürosu bununla bağlı kiçik araşdırma aparıb. Araşdırma nəticəsində 10 orta ümumtəhsil məktəbinin direktor vəzifəsinə rəsmi təyinatın olmadığı üzə çıxıb. Həmin məktəblərdə direktor vəzifəsi əvəzedicilərə tapşırılıb:

* 2 nömrəli orta məktəbin direktoru vəzifəsini Xalid Adıgözəlov icra edir.

* Mətləb Quliyev adına 3 nömrəli məktəbin əvvəlki direktoru Tirmə Qurbanova yaş senzinə görə tutduğu vəzifədən azad ediləndən sonra təhsil müəssisəsinə yeni direktor təyinatı olmayıb. Burada hazırda direktor əvəzi Ülkər Çəndirlidir.

*8 nömrəli məktəbin direktoru Vəkil İbrahimov vəzifəsindən çıxarıldıqdan sonra onu Ruhiyyə Abdullayeva əvəz edir.

* 9 nömrəli məktəb də bu sarıdan əziyyət çəkir. Bəhruz Səlimxanov direktor vəzifəsindən azad olunduqdan sonra direktor vəzifəsinin icrası Həqiqət Abdullayevaya tapşırılıb.

* 2012-ci ildə "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olan Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 20 ilə yaxın direktoru işləmiş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Məktəbdə Elmira Hacıyeva direktor vəzifəsini icra edir.

* Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəb də "başsız”dır. Rəna Rufullayevaya direktor səlahiyyətlərinin müvəqqəti icrası tapşırılıb.

* Şəhərin 9-cu mikrorayonunda yerləşən 23 nömrəli məktəb də direktorsuzdur. Reyhan Yunisova isə direktor əvəzidir.

* Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 nömrəli tam orta məktəb də direktor sarıdan korluq çəkir. Burada Esmira İbrahimova direktor səlahiyyətlərini müvəqqəti icra edir.

* 34 nömrəli tam orta məktəbdə isə Nizami Məmmədov direktor deyil, əvəzedicidir.

* Hacı Zeynalabdin qəsəbəsində yerləşən daha bir məktəbdə də direktor yoxdur. 40 nömrəli tam orta məktəbdə Əlhəddin Paşayev direktor əvəzidir.

Qeyd edək ki, Sumqayıtda 50 ümumi təhsil məktəbi var.скачать dle 11.3

Son xəbərlər