Mojo.az Banner
19:15 Əmlak alarkən diqqətli olun! - Risklər açıqlandı  |     19:10 ”TikTok”dakı canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |     19:03 "Ümid"in aktyoru vəfat etdi  |     18:48 KİV: Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb  |     18:29 Əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq pul tələb edən şəxs SAXLANILDI - VİDEO  |     17:51 Sabah bu ərazilərdə qaz olmayacaq  |     16:55 ABB kartlarında nə baş verir? - Vəsaitlər silinir (FOTO)  |     16:50 Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)  |     15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA

27.03.2019 16:10 2 095
Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA
Sumqayıtda məktəblərin 20 faizinin direktorsuz qalması ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Təhsil Nazirliyinin məlumatlarına istinad edərək bildirmişdik ki, Sumqayıtdakı 50 ümumtəhsil məktəbindən bir neçəsində direktor vəzifəsi vakant olaraq qalır.

Oxu.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, sözügedən məktəblərin direktorları yaş həddinə görə deyil, müxtəlif səbəblərdən tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

Sözügedən məktəblərin siyahısını təqdim edirik:

Direktorsuz qalan məktəblərdən biri 2 nömrəli orta məktəbdir. Burada direktor vəzifəsini Xalid Adıgözəlov icra edir.

9 nömrəli orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası isə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyevə tapşırılıb. Həmin məktəbin direktoru Həqiqət Abdullayeva müavini Təranə Nəsirovaya qarşı şərəf və ləyaqətin alçaldılmasına dair ittihamlar səbəbindən işdən çıxarılıb.

Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru olmuş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Hazırda məktəbdə direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elmira Hacıyevaya həvalə edilib.

Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbin də direktoru yoxdur. Səlahiyyətlərin icrası yenə də müəllim heyətindən olan Rəna Rufullayevaya tapşırılıb.

23 nömrəli orta məktəb də idarəsiz qalanlar sırasındadır. Təyinat olmadığından hələlik məktəbin idarəsi əvəzedici Reyhan Yunisovaya həvalə edilib.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 və 40 nömrəli tam orta məktəblər də direktor üzünə həsrət qalıb. Hazırda məktəblərdə direktor səlahiyyətlərini müvafiq olaraq Esmira İbrahimova və Əlhəddin Paşayev icra edir.

Növbəti direktorsuz məktəb isə 34 nömrəli tam orta məktəbdir. Burada da uzun müddətdir ki, direktor əvəzedicisi Nizami Məmmədovdur.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadə ilə əlaqə saxladıq. O, məktəblərə niyə direktor təyin olunmamasına dair sualımıza cavab olaraq bildirib ki, bu barədə qərarı Təhsil Nazirliyi verəcək:

“Nazirlik tərəfindən imtahan keçirilib, nəticələr əsasında məktəblərə direktor təyinatı həyata keçiriləcək. Bu işə biz baxmırıq, birbaşa Təhsil Nazirliyinin əmrini gözləyirik. Nə zaman əmr verilsə, o zaman da direktor təyinatına başlanılacaq”.скачать dle 11.3
Mojo.az Banner