Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər

11.01.2019 17:04 4 868
Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər
Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə direktorla müavin arasında qalmaqal yaşanıb.

Median.Az
-ın məlumatına görə, 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna sözügedən məktəbin direktoru Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib.

İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb.

Oxu.Az məsələ ilə bağlı məktəb direktoru H.Abdullayeva ilə əlaqə saxlamağa çalışıb.

Özümüzü təqdim etdikdən sonra qarşı tərəf çox kobud şəkildə “bu barədə danışmaq istəmirəm, bu söhbəti kim yayıbsa, gedin, onunla əlaqə saxlayın” deyərək telefonu üzümüzə bağlayıb.

Sumqayıt Şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Oqtay Nuriyev məsələ iə bağlı Oxu.Az-a açıqlama verib. Onun sözlərinə görə, Nazirliyinin göstərişi əsasında məsələnin aydınlaşdırılması istiqamətində komissiya yaradılıb:

“Hazırda Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb. Yoxlama başladılıb. Yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

9 saylı orta məktəbdən bildirdilər ki, məktəb direktoru və direktor müavini otaqlarında yoxdur.

Qeyd edək ki, bu barədə ilk məlumat Ölkə.Az saytında yayımlanıb.скачать dle 11.3

Son xəbərlər