Mojo.az — elanlar
Son Xəbərlər
17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçiriləcək dünya çempionatının maskotu bəbir seçildi

08.05.2018 12:27 1 702
Bakıda keçiriləcək dünya çempionatının maskotu bəbir seçildi
İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu bəlli olub.

Maskot Qafqaz bəbiri olacaq.

Çempionatın simvolu olaraq bəbirin seçilməsi özlüyündə bu elementləri ehtiva edir:

Tullanmaq üçün balans – Ekstremal idman növü olan BMX yarışlarında idmançılar daha çox tullanma elementlərindən istifadə edirlər və bu zaman yıxılmamaq üçün balansın qorunması olduqca önəmlidir. Qafqaz bəbiri qaçdıqda və ov etdikdə bir neçə metr uzunluğa tullana bilir və bu baxımdan, balansın qorunması ön plana çıxır.

Fərdilik – BMX yarışları komanda yox, fərdi idman növüdür. Qafqaz bəbiri də fərdi yaşamağa üstünlük verir.

Güc və sürət simvolu – Rəqiblərini üstələmək üçün əksər idman növlərində olduğu kimi, BMX növündə də finişə birinci çatmaq üçün güclü ayaqlara və sürətə ehtiyac duyulur. Qafqaz bəbirinin isə güc və sürət etalonu olduğu heç kimə sirr deyil.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilib və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilib. Bu növlərdən biri də məhz Qafqaz bəbiridir.

Həmin dövrdən etibarən IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlayıb. Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşadığını müəyyən edib.

Ümumilikdə Respublika ərazisində işğal olunmuş ərazilər də daxil olmaqla iyirmiyə qədər bəbirin yaşadığı ehtimal edilir.

Bəbirlərin sayının azalmasının əsas səbəbi isə insanlar tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır. Qafqaz bəbirlərinə diqqəti artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit də təşkil edilib./oxu.az

Son xəbərlər