Mojo.az Banner
21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |     19:28 Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı  |     19:15 Dələduzluğa görə axtarışda olan 15 nəfər istintaqa təhvil verilib  |     19:11 Xırdalanda yaşayış binasında yanğın olub - VİDEO  |     19:01 Avropa Komissarı: "TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər"  |     18:25 Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA  |     17:53 Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR (Video)  |     17:43 Azərbaycanda MƏŞHUR GENERALLAR vəzifədən azad edildilər - FOTO  |    
Left Banner
Right Banner

MSK qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

11.04.2018 18:11 1 885
MSK qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günü qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

MSK-dan oxu.az-a verilən xəbərinə görə, 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir.

Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb.

Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır.

Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyi müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb.

52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir.

MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır.

60 000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə onlay rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

Komissiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq.скачать dle 11.3
Mojo.az Banner