Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər

25.09.2026 15:39 1 281
Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər
“iPhone 18”in satışının ilk saatlarında Bakıda mağazaların qarşısında gecə saatlarından növbələrin yaranması diqqət çəkib. Minlərlə manatlıq smartfon üçün insanların gecə saatlarında saatlarla növbə gözləməsi sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Median.Az-a açıqlamasında bildirib ki, “iPhone 18”in satışının ilk saatlarında mağazaların qarşısında gecə saatlarından növbələrin yaranması, ilk baxışdan adi bir istehlak davranışı kimi görünsə də, əslində cəmiyyətdə formalaşan müəyyən sosial və istehlak meyilləri barədə düşünməyə əsas verir:

“İnsanların yeni texnologiyalara, xüsusilə də smartfonlara olan marağının artması təbiidir. Lakin minlərlə manat dəyərində cihazı ilk alanlardan olmaq üçün gecə saatlarından saatlarla növbə gözlənilməsi artıq təkcə texnologiyaya maraqla izah edilə bilməz. Burada yeniliyə sahib olmaq istəyi ilə yanaşı, sosial status, prestij və istehlak mədəniyyətinin də müəyyən rolu ola bilər. Ayrı-ayrı insanların bahalı smartfon almasına əsaslanaraq bütövlükdə cəmiyyətin maddi vəziyyəti və ya prioritetləri barədə ümumiləşdirilmiş nəticə çıxarmaq düzgün olmaz. Çünki insanların gəlirləri, xərcləri və şəxsi seçimləri fərqlidir. Kimsə üçün smartfon gündəlik həyat və iş fəaliyyətinin vacib alətidirsə, başqası üçün bu, daha çox şəxsi zövq və prestij məsələsidir”.

O qeyd eidb ki, əsas məsələ istehlak zamanı insanların öz maliyyə imkanlarını və digər zəruri ehtiyaclarını nəzərə almasıdır:
“Ümumilikdə isə belə görüntülər bizə istehlak mədəniyyəti ilə bağlı daha geniş düşünmək imkanı verir. Texnologiyanın sürətlə yeniləndiyi bir dövrdə hər yeni modelin əvvəlkindən daha üstün təqdim olunması insanlarda daim yenilənmək istəyi yaradır. Burada cəmiyyət olaraq əsas diqqətimizi nümayişkaranə istehlakdan daha çox maliyyə savadlılığına, rasional seçimə və gələcək üçün planlı xərcləməyə yönəltməliyik. Yeniliyə maraq normaldır, amma hər bir istehlak qərarı şəxsin real ehtiyacları və imkanları ilə uzlaşmalıdır”.

Aysel

Son xəbərlər