İstanbulda sərnişin avtobusu atışmanın ortasında qaldı - Ölən və yaralılar var + Video
Median.Az İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb.
Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.
Görüntüləri təqdim edirik: